Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər
Bizi izləyin

Dünya

Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər

Türkiyə və Almaniya arasındakı siyasi gərginlik ermənilərə yeni fürsət açıb. Almaniya Erməni Şurası gələcək fəaliyyətində Qarabağ məsələsinə toxunacağını bəyan edib.

Publika.az xəbər verir ki, Şuranın rəhbəri Andranik Aznavuryan Almaniya-Türkiyə əlaqələrinin gərginləşməsindən sonra bu açıqlamanı verib:

“İki ölkə arasında gərginliyin artmasından sonra Türkiyəyə qarşı sərt münasibət var. Türkiyə qaçqınlar mövzusundakı üstün mövqeyindən faydalanmaq istəyir. Onlar qaçqın böhranını fürsət bilərək siyasi arenada Almaniyanı sıxışdırmaq istəyir. Bu çərçivədə Ərdoğan erməni məsələsində də Almaniyaya bəzi tələblər qoymaq arzusundadır. Almaniya isə Türkiyəyə hər istədiyini edə bilməyəcəyini göstərməyə çalışır. Bundestaq erməni soyqırımını tanıyıb. Türkiyə bu qərarın geri götürülməsinə çalışır, lakin Almaniya bu tələbi qəbul etməyəcək. Almaniyada erməni soyqırımının tanınması üçün çox işlər görmüşəm. Bundan sonra artıq Qarabağ məsələsinə də toxunmaq istəyirəm. Burada Qarabağ haqqında ictimaiyyətin məlumatı yoxdur. Məsələnin tarixi və hüquqi tərəflərinə toxunmaq lazımdı. Alman rəsmiləri Dağlıq Qarabağa aparmalıyıq. Burada sülh yolu ilə həll lazımdır”.

Ermənilərin hər zaman olduğu kimi vəziyyətdən sui-istifadə etdiyi açıq-aşkar göz qabağındadır. Nəyə görə bu günədək susanlar indi Almaniya-Türkiyə münasibətlərinin gərginləşməsindən həmən sonra bəyanatlar verir. Məsələ sadədir: Almaniya İngiltərənin Avropa Birliyindən çıxmasından sonra ipləri tamamilə öz əlinə almağa çalışır. Təkcə Türkiyə siyasətini deyil, Avropadakı rolunu yenidən formalaşdırmağa çalışır. Ankara qaçqınları Avropaya buraxacağı ilə təzyiq göstərirsə, Merkel hökuməti iqtisadi zərbələrlə təhdid edir.

İstisna deyil ki, Ankara-Berlin gərginliyi məhz Almaniya parlamentinin qondarma erməni soyqırımını qəbul etməsindən sonra başladı. İndi də Almaniyada Qarabağ məsələsini öz xeyirlərinə qabartmaq istəyirlər. Özü də BMT və Avropa Şurasının qətnamələrini nəzərə almadan. Hansı ki, Almaniya bu qurumların hər ikisinə üzvdür.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm