Makkeyn Trampın istəyini rədd etdi: Prezident vədini yerinə yetirə bilmədi
Bizi izləyin

Dünya

Makkeyn Trampın istəyini rədd etdi: Prezident vədini yerinə yetirə bilmədi

ABŞ Senatı keçmiş prezident Barak Obamanın dövründə tətbiq edilən “Obamacare” səhiyyə sisteminin ləğvinə dair Respublikaçılar partiyası tərəfindən təklif edilən dəyişiklikləri rədd edib.

Publika.az xəbər verir ki, Senatda yeni səhiyyə sisteminin tətbiqi ilə bağlı səsvermə keçirilib.

Dəyişiklik layihəsinin 51 nəfər əleyhinə, 49 nəfər isə lehinə səs verib.

Respublikaçılar partiyasından Con Makkeyn, Suzan Kollins və Liza Murkovsk dəyişiklikləri “cılız” adlandırıb və layihənin əleyhinə səs verib.

Bu layihənin rədd olunması ilə ABŞ Prezidenti Donald Tramp seçkilər zamanı “Obamacare” sisteminin ləğv edilməsi vədini yerinə yetirə bilmədi. Respublikaçılar partiyasının bu mövzuda apardığı 7 illik mübarizə də nəticəsiz qalmış oldu.

Səsvermədən dərhal sonra Tviter hesabından açıqlama verən prezident Donald Tramp bu sözləri yazıb:

“3 respublikaçı və 48 demokrat Amerika xalqına xəyal qırıqlığı yaşatdı. Başından bəri söylədim. Öncə “Obamacare”ni geri çəkin, daha sonra razılaşın”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm