Livan ordusu İŞİD liderini ələ keçirdi
Bizi izləyin

Dünya

Livan ordusu İŞİD liderini ələ keçirdi

Livan hərbi kəşfiyyatı İŞİD terror təşkilatına qarşı gerçəkləşdirdiyi əməliyyatda təşkilatın lideri Basel Ədülqədiri yaxalayaraq həbs edib.

Publika.az xəbər verir ki, terrorçu lider 2014-cü ildə Əl-Hosn hərbi bazasındakı basqın və Livan əsgərlərinin qaçırılaraq öldürülməsində ittiham edilirdi.

Basel Əbdülqədir İŞİD-in təhlükəsizliyindən cavabdeh olan lider idi.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə Ərsal bölgəsindəki Livan hərbi bazasına basqın edərək 9 əsgəri əsir götürmüşdü. Həmin əsgərlərin taleyindən hələ də heç bir xəbər yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm