Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ oldu
Bizi izləyin

Dünya

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ oldu

Yaponiyanın şərqindəki Honsü adasında 6,1 bal gücündə zəlzələ olub.

Publika.az bildirir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 16:37-də qeydə alınıb. Zəlzələnin episentri adanın Kamaisi şəhərindən 281 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm