Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - - FOTOVİDEO
Bizi izləyin

Dünya

Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - - FOTOVİDEO

Türkiyənin Sakarya şəhərində yerləşən özəl bir xəstəxanada qəribə hadisə verib.

Publika.az xəbər verir ki, iki tibb bacısı reanimasiyada yatan xəstəyə siqaret və alışqan verərək onunla zarafatlaşmağa başlayıblar.

Tibb bacılarından biri xəstə ilə zarafatlaşarkən digəri də onları anbaan görüntüyə alıb. Xəstə siqareti ağzına qoyub yandırmaq istəyərkən tibb bacısı ona mane olub və bu bir neçə dəfə təkrarlanıb. Bütün bunlar azmış kimi, tibb bacıları qocanın çarəsizliyinə gülməyə başlayıb.

Tibb bacılarının onunla acı zarafat etdiyini anlayan xəstə siqareti yerə ataraq onları təhqir edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm