Ölkənin ən varlı adamı edam ediləcək
Bizi izləyin

Dünya

Ölkənin ən varlı adamı edam ediləcək

Çinin ən böyük mədən şirkətlərindən olan “Hanlong” Qrupunun sahibi Liu Han “cinayətkar şəbəkə qurmaq və idarə etmək” ittihamı ilə edama məhkum edilib. Liu Han 640 milyon dollarlıq sərvəti ilə ölkənin ən varlıları siyahısında idi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Liu Han 640 milyon dollarlıq sərvəti ilə ölkəsinin ən varlı 100 adamı sırasındadır. Bu özəlliyinə rəğmən, biznesmen Han ölüm cəzasından qurtula bilməyib. Hanın bir başqa özəlliyi isə Çinin xüsusi xidmət orqanının rəhbəri Zhou Yonqkanq ilə yaxın əlaqəsinın olması idi.

Məhkəmədən verilən açıqlamaya görə, Lui adam öldürmə, cinayətkar şəbəkə qurmaq və idarə etmək maddələri ilə ittiham olunaraq ölüm cəzasına məhkum edilib. Məhkəmə həmçinin Luinin əmlakını müsadirə edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm