Əsədə seçki öncəsi böyük şok
Bizi izləyin

Dünya

Əsədə seçki öncəsi böyük şok

Əsədə seçki öncəsi böyük şok

Suriyanın Deraya şəhərində prezident Bəşər Əsədin tərəfdarlarının qurduğu seçki qərargahına top mərmisi atılıb.

Publika.az - ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə yerində olanlardan ən azı 21 adam həyatını itirib.

Suriya İnsan Haqları Müşahidə Təşkilatı seçki qərargahında ən azı 30 adamın olduğunu bildirib. “Bu hücumlar üsyançıların rejimə seçkilərin keçirilməsi üçün etibarlı bir mühitin olmadığını göstərmək üçün verilən mesajdır”, - təşkilat rəhbəri Ramı Abdülrahman deyib.

Xatırladaq ki, Suriyada prezident seçkiləri 3 iyun tarixinə təyin edilib. Prezident postu uğrunda mübarizə aparmaq üçün 23 nəfər müraciət etsə də, 3 nəfərin prezident seçkilərində namizəd kimi iştirakı təsdiqlənib. Bunlar indiki prezident Bəşər Əsəd, Hələbin millət vəkili Mahir Əbdüləziz və sabiq nazir Həsən Abdullah Əl-Nuridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm