Yutub tarixində rekorda imza atan məşhurlar pul toplamağa başladılar
Bizi izləyin

Dünya

Yutub tarixində rekorda imza atan məşhurlar pul toplamağa başladılar

Yutub tarixində ilk dəfə 4 milyarddan çox izlənən klip olan “Despacito”nun ifaçıları Luiz Fonsi və Deddi Yanki örnək bir kampaniya başladıb.

Publika.az xəbər verir ki, müğənnilər “Mariya” qasırğasının yerlə yeksan etdiyi Porto Rikonun bərpası üçün yardım aksiyasına start verib.

Porto Rikoda anadan olan Luiz Fonsi kiçik yaşlarında ailəsi ilə birgə ABŞ-a köçüb. Lakin o vətən sevgisini unutmayıb və ən məşhur mahnısı olan “Despacito”ya da elə Porto Rikoda klip çəkib.

“Mariya” qasırğasının vurduğu zərərləri aradan qaldırmaq üçün dəstək olmağa çalışan müğənni bu barədə 5.2 milyon izləyicisi olan instaqram hesabından paylaşım edib.

“4 milyarddan artıq izlənərək tarixə düşdük. Ancaq bayram etmək yerinə klipi çəkdiyimiz yerin restavrasiyasına çalışacağıq”.

O, xüsusilə, klipin çəkildiyi La Perla bölgəsindəki dağıntılara diqqət çəkib. Müğənni 200 000 dollar məbləğində yardım toplamağı hədəflədiyini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm