Londondan sonra ikinci şok Parisdə: AB dağılır
Bizi izləyin

Dünya

Londondan sonra ikinci şok Parisdə: AB dağılır

Londondan sonra ikinci şok Parisdə: AB dağılır

Avropa Parlamentinin 751 yeni üzvünü müəyyənləşdirmək üçün 22 Mayda başlayan seçkilər dünən başa çatdı. Seçkilərin ən çox maraq doğuran nəticəsi isə Fransada ortaya çıxdı.

Publika.az - ın verdiyi xəbərə görə, ultrasağçı Milli Cəbhə Avropa Parlamentinə 24, mərkəz sağçı Xalq Hərəkatı Birliyi (UMP) 20, iqtidardakı Sosialist Partiya isə 13 parlamentari göndərəcək.

Qeyd edək ki, Milli Cəbhə Avropa Birliyi (AB) əleyhdarı kimi tanınır. Milli Cəbhənin qurucusu Jean Marie Le Pen qələbəni “Bu bir zəlzələdir” sözləri ilə şərh edib. Onun qızı və Milli Cəbhənin hazırkı lideri Marine Le Pen bildirib ki, prezident Fransua Olland bu nəticələrdən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər keçirməlidir. Enerji Naziri və sosialistlərin keçmiş prezidentliyə namizədlərdən olan Seqolen Royal Milli Cəhbənin qələbəsi üçün “Bu, qlobal ölçüdə bir şokdur” ifadəsini işlədib.

AB tərəfdarları üçün ən sevindirici nəticələrdən biri isə Almaniyada əldə edilib. Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı səslərin 36 faizini qazandığı halda, onun koalisiya ortağı Xristian Sosial İttifaqı 27 faizlə ikinci olub.

Fransada əldə olunan nəticələr Böyük Britaniyadan sonra AB üçün ikinci şok sayıla bilər. Artıq xeyli müddətdir ki, ada ölkəsinin rəhbərliyi AB-dən ayrılacağı ilə bağlı bəyanatlar səsləndirilir. Böyük Britaniyanın baş naziri Devid Kemeronun AB-dən çıxması üçün referenduma gedəcəyi barədə bəyanatları da son vaxtlar tez-tez səslənir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm