Peşmərgə müdafiə səngərləri qazmağa başladı - VİDEO
Bizi izləyin

Dünya

Peşmərgə müdafiə səngərləri qazmağa başladı - VİDEO

Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə müdafiə səngərləri qazılır.

Publika.az
xəbər verir ki, peşmərgə dünən gecədən fövqəladə rejimdə fəaliyyətə keçib.

Məlumata görə, İraq ordusunun hücumuna qarşı Ərbil ətrafında səngərlər qazılır, müdafiə xətti gücləndirilir.

Kərkük, Sincar, Tuzhurmatu, Hanekin və digər bölgələri Bərzanidən geri alan İraq ordusunun Ərbilə hücum edəcəyi ehtimalı da var. İraq ordusu ilə birlikdə hərəkət edən Haşdi Şabi şiə güclərinin Ərbil ətrafında toplandığı deyilir.

Məsud Bərzani isə “Kərkükdəki İraq ordusu işğalçıdır” deyən köməkçisi Korset Rəsulun həbs olunması haqda qərar çıxandan sonra İraqın baş naziri Heydər İbadinin dialoq çağırışına müsbət cavab verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm