Fəthullah Güləni ifşa edən film - VİDEO
Bizi izləyin

Dünya

Fəthullah Güləni ifşa edən film - VİDEO

Səs yazıları, kasetlər, əməliyyatlar, MİT “TIR”-larına basqınlar və s. hadisələr film olacaq.

Publika.az xəbər verir ki, “Parantez” pradakşn bu dəfə dövlət ilə, dövlət içinə sızmağa çalışan şəbəkə arasında baş verən savaşı ekranlaşdıracaq. Filmin çəkilişləri üçün məkanlar gizli saxlanılsa da artıq seçildiyi deyilir. “17 dekabr – Paralel Dövlət” adı verilən filmdə Gülən hərəkatı haqqında ciddi faktlar yer alacaq.

Qeyd edək ki, bir müddət əvvəl Fəthullah Gülən “Financial Times”a baş nazir Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edən açıqlama verib. Gülənin açıqlamasında diqqət çəkən məqam onun Türkiyə hökumətini sərt tənqid edərək bir sıra siyasi mesajlarla çıxış etməsidir. “Türkiyənin demokratiyanı qorumaq üçün yeni bir Konstitusiyaya ehtiyacı var” başlıqlı yazıda AKP hökumətinə ağır ittihamlar yönəlib. Yazıda qeyd olunur ki, hökumətin rəhbər kadrları arasında kiçik bir qrup ölkənin irəliləməsinin qarşısını məqsədli şəkildə kəsir.

Türkiyədə hökumətə güvənən insanların etimadlarının və verdikləri dəstəklərin boşa çıxdığını yazan Gülən həm də Avropa Birliyi məsələsində Türkiyənin öz şansını itirdiyini qeyd edib. Siyasətə ordu müdaxiləsinin zəifləməsini və dominantlığın ordudan alınaraq vətəndaş cəmiyyəti idarəçilərinə verilməsi fikrini müdafiə edən Gülən yazısında məhkəmə orqanlarına və internetə yönəlik yeni qadağa və qaydalarına da toxunaraq, onları sərt tənqid edib. Gülən bildirib ki, türk hökumətinin ölkə içində və xaricində öz etibarını yenidən qazanması beynəlxalq insan hüquqlarına, qanunun aliliyinə və hökumət prinsiplərinə bağlı qalması ilə mümkündür.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm