Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Polis bölməsinə silahlı və bombalı hücum: ölən və yaralananlar var

Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb.

Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.

Qarşıdurma zamanı qarşı tərəfdən 3 nəfər öldürülüb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin basqının Əl Qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm