Suriyada “Hizbullah” komandanı öldürüldü
Bizi izləyin

Dünya

Suriyada “Hizbullah” komandanı öldürüldü

Suriyada Bəşər Əsəd tərəfində döyüşən “Hizbullah” qruplaşmasının komandanı müxaliflər tərəfindən öldürülüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Huzbullah”ın yüksək rütbəli komandanlarından biri olan Fevzi Ayoub Hələbdə müxaliflərlə toqquşma zamanı öldürülüb. Müxalif mənbələr Azad Suriya Ordusunun bazar günü Hələbdə Əsəd qüvvələrinə qurduğu pusquda Fevzi Ayoubun öldürüldüyünü bildirib.

Xatırladaq ki, Fevzi Ayoub 2013-cü ildə “Hizbullah”ın Əl-Qusayr şəhərinin mühasirəsi zamanı yaralanmışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm