Dünya
Rusiyanın “Axilles dabanı”: Moskvanı məğlub etməyin YOLU
“Neft ixracı və qaz Rusiyanın “Axilles dabanı”dır, çünki ölkənin neft-qaz infrastrukturu Avropa bazarı ilə dərin bağlıdır”.
Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, xarici məsələlər üzrə komitənin başçısı Anna Qopko deyib.
Onun fikrincə, Rusiyanın enerji resursları və energetika infrastrukturuna təsir Rusiya təcavüzünün qarşısının alınması üçün istifadə edilə bilər. Ekspertlərin məlumatlarına istinad edən deputat bildirib ki, Rusiya neftinin dörddə üçü Avropaya satılır, yəni Avropa İttifaqı Rusiyanın energetika xammalının əsas idxalatçısıdır.
“Bununla əlaqədar olaraq neft və qazdan daxilolmalar Rusiya büdcəsinin formalaşdırılması üçün böyük rol oynayır. Avropa İttifaqı güclü təsirə malikdir, bundan hələ istifadə edilməyib. Rusiyanı Ukraynanın işğal olunmuş ərazilərin azad olunmasına məcbur etmək üçün Avropanı yumşaq gücündən istifadə etməyə çağırmaq lazımdır”, - deputat vurğulayıb.
Parlament üzvünün sözlərinə görə, Avropa Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməlidir.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."