Muqabe istefa verdi
Bizi izləyin

Dünya

Muqabe istefa verdi

Zimbabve prezidenti Robert Muqabe istefaya gedib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mən Robert Qabriel Muqabe rəsmi olaraq Zimbabvenin prezidenti vəzifəsindən istefa etdiyimi bəyan edirəm. Qərar bu andan qüvvəyə minir", - R.Muqabe istefa ərizəsində yazıb.

Xatırladaq ki, ötən həftənin çərşənbə günü hərbçilər paytaxt Hararedə Muqabenin iqamətgahını və dövlət televiziyasının mərkəzini nəzarət altına aldılar. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon söhbətində təsdiq edib ki, hərbçilər onu ev həbsində saxlayırlar. Prezidentin xanımı və ehtimal edilən varisi Qreys Muqabe ölkədən qaçıb. Bir müddət əvvəl vəzifəsindən çıxarılmış vitse-prezident Emmerson Mnanqaqva isə hökumətə başçılıq etmək üçün ölkəyə qayıdıb.

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısı idi. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir.

Zimbabve 1980-ci ildə özünü müstəqil elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm