ABŞ “bordobereli”lərə qarşı hücuma hazırlaşır – Ağır silahlar GÖNDƏRİLDİ
Bizi izləyin

Dünya

ABŞ “bordobereli”lərə qarşı hücuma hazırlaşır – Ağır silahlar GÖNDƏRİLDİ

İŞİD-dən sonra da Yaxın Şərqdə qalmağı planlaşdıran ABŞ-ın planları ortaya çıxır.

Publika.az
xəbər verir ki, ABŞ İŞİD-i bölgədən təmizlədikdən sonra Suriyada PKK/PYD-dən ibarət müstəqil dövlət qurmağı planlaşdırır.

Bununla Əsəd və İrana qarşı oynamağı düşünən Vaşinqton Türkiyənin bölgədəki maraqlarına da zərbə endirməyə çalışır.

Son məlumatlara görə, ABŞ Türkiyənin İdlibdən sonra müdaxilə etməyə hazırlaşdığı Afrinə külli miqdarda silah göndərir. PKK/PYD terrorçularına verilən bu silahlar türk əsgərinə qarşı istifadə olunacaq.

Bu silahlardan bəzilərinin görüntüləri yayılıb. Məlum olub ki, Pentaqonun Türkiyənin bölgəyə ilk girəcək “Bordobereli” döyüşçülərinə qarşı istifadə etmək üçün PKK/PYD-yə verdiyi minaatanlar sərhəd xəttinə yerləşdirilir. AT-4 tipli minaatanların bir hissəsi Afrin-Raco bölgəsində inşa edilən yeraltı silah bazalarında saxlanılır. Bu silahlar arasında 50-dən çox İQLA zenit-raketləri, 200-dən çox “Konkurs”, Javelin” və TOW tipli anti-tank raketləri də var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm