Rusiya Misirdə nüvə stansiyası inşa edəcək
Bizi izləyin

Dünya

Rusiya Misirdə nüvə stansiyası inşa edəcək

Rusiya ilə Misir arasında “Dabaa” Nüvə Stansiyasının inşasına başlanılması və stansiyanın nüvə yanacağının təmin edilməsi ilə bağlı razılaşma əldə edilib.

Publika.az xəbər verir ki, razılaşma paytaxt Qahirədə Rusiya prezidenti Vladimir Putinin sürpriz səfəri zamanı imzalanıb.

Layihənin toplam büdcəsi 30 milyard dollar təşkil edəcək. Bu məbləğin 25 milyard dolları Rusiya tərəfindən Misirə kredit borcu kimi veriləcək.

Stansiyada hər biri 1200 MW həcmində 4 modul inşa ediləcək. Layihənin tamamlanma işləri isə 2028-2029-cu illərdə başa çatacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm