Dünya
Ərdoğanla Putin görüşündə müəmmalı masanın SİRRİ AÇILDI - FOTO
Bu həftənin əvvəlində Ankarada keçirilən Ərdoğan-Putin
görüşündə sirli məqam ortaya çıxıb.
Publika.az xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri
təkbətək görüşdən sonra mətbuatın önünə çıxıb.
Mətbuat konfransının keçirildiyi salonda əvvəlcə bir masa qoyulub
və liderlərin müqavilə imzalayacaqları ilə bağlı məlumatlar
yayılıb. Lakin daha sonra masa qaldırılıb və prezidentlərin
əyləşməsi üçün platformaya iki stul gətirilib. Yalnız bundan sonra
Ərdoğanla Putin jurnalistləri suallarını cavablandırıb.
Bu detal “Rusiya ilə S-400 anlaşmasında problem var” sualını
gündəmə gətirib. Hətta Rusiya mediası masanın götürülməsini “Putin
Türkiyə ilə ən dərin razılaşmaları əldə etdi” deyə şərh edib. Lakin
prezidentlər konfransda “kredit məsələsində işlərin başa
çatmasından sonra anlaşma bir neçə gün ərzində imzalanacaq” deyə
bəyan edib.
Sirli masa niyə qaldırıldı?
Türkiyə mediasının məlumatına görə, liderlər əvvəlcə müqavilə
imzalamaq istəyib, lakin sonradan vəziyyət dəyişib. Belə ki,
S-400-lərin alınması ilə bağlı iki variant olub: kredit və nağd
ödəniş. Türkiyə tərəfi hər iki variantı müzakirə edib. Əvvəlcə nağd
ödəniş variantı seçilib. Müqaviləni də jurnalistlərin qarşısında
imzalamaq üçün salona masa gətirilib. Lakin sonradan kredit
variantı seçildiyi üçün imzalanma da təxirə salınıb.
Mənbələr Türkiyənin Rusiyadan S-400 almasında heç bir problemin
olmadığını deyirlər. Salondakı masanın sirri də məhz “nağd”, yoxsa
“kredit” variantlarından irəli gəlir.
“Yeni Şəfəq” qəzeti isə Türkiyənin S-400-lər üçün artıq Rusiyaya
avans ödədiyini yazıb.
Asif
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ