Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
Bizi izləyin

Dünya

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb.

Publika.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu qərar Türkiyə Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul olunub.

Toplantıda Afrində antiterror əməliyyatının keçirilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması məsələləri müzakirə olunub.

Hər iki məsələ ilə bağlı yaxın zamanda Nazirlər Şurası toplantı keçirəcək.

Qeyd edək ki, 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddəti yanvarın 19-da başa çatır. Ötən müddət ərzində bu rejimin müddəti 6 dəfə uzadılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm