Ukrayna parçalana bilər - Qorbaçovun proqnozu
Bizi izləyin

Dünya

Ukrayna parçalana bilər - Qorbaçovun proqnozu

M.Qorbaçov Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində özünün Ukraynaya yaxın bir insan olduğunu bildirib.Anası və keçmiş həyat yoldaşı Raisanın ukraynalı olduğunu deyən keçmiş sovet lideri qarşıdurmanın vətəndaş müharibəsinə keçmə ehtimalından da danışı

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin son birinci katibi, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ prezidentlərini Ukraynadakı böhranı həll etmək üçün müdaxilə etməyə çağırıb.

Publika.Az –ın verdiyi xəbərə görə, M.Qorbaçov Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində özünün Ukraynaya yaxın bir insan olduğunu bildirib.Anası və keçmiş həyat yoldaşı Raisanın ukraynalı olduğunu deyən keçmiş sovet lideri qarşıdurmanın vətəndaş müharibəsinə keçmə ehtimalından da danışıb:

“Putin və Obamaya məktub yazdım. Çünki, bizim yaxın dostlarımız olan ukraynalılara kömək etmək lazımdır. Ukraynada baş verənləri dayandırmaq lazımdır. Amma mən qarşıdurmanın vətəndaş müharibəsinə keçəcəyini güman etmirəm. Ukraynada dövlət miqyasında vətəndaş münaqişəsinin yaranması cəfəngiyat kimi görünür, amma bununla belə onun necə yarandığını görürük. Biz razılaşa və Ukraynada olan hadisələrin dağıdıcı xarakterini qəbul edə bilmirik”.

M.Qorbaçov “Əgər prezident olsaydınız, nə edərdiniz” sualına cavab olaraq nə etməli olduğunu bildiyini, amma prezidentin səlahiyyətində olan məsələlərə qarışmayacağını söyləyib.Ukraynanın parçalanması ehtimalına gəlincə, o, hadisələrin bu cür inkişafı edəcəyi və daha kəskin xarakter alacağı halda belə bir ssenarini istisna etmədiyini dilə gətirib. “Amma buna imkan vermək olmaz. Hazırda Rusiya və Qərb qarşılıqlı ittihamlar səsləndirir, müxalifət hökumət strukturlarında, hökumət isə müxalifət sıralarda günahkarları axtarırlar. Bu isə vəziyyəti yalnız ağırlaşdırır. İndi araşdırmalarla məşğul olmaq vaxtı deyil. Əsas olan ən təhlükəli eskalasiyanı dayandırmaqdır”, - keçmiş SSRİ-nin lideri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm