Dünya
Moskva ABŞ-ın ssenarisini RƏDD ETDİ
“Dövlət administrasiyası faktiki olaraq Moskvanı razılaşmağa çağırır ki, BMT-nin sülhməramlıları Donbasda işğal ordusu rolunu oynasınlar və onu nəlbəkidə Kiyev rejiminə versinlər. Nəticədə, Kiyev Donbasda çoxdan nəzərdə tutulmuş təmizləməni həyata keçirəcək”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət Departamentinin bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib.
O qeyd edib ki, belə sxem qeyri-mümkündür və Dövlət Administrasiyası bunu vaxtında anlamalıdır.
Qeyd edək ki, ötən il Rusiya prezidenti Vladimir Putin Donbasda sülhməramlıların yerləşdirilməsini təklif edib. Kreml hesab edir ki, sülh missiyası Ukraynanın hökumət gücləri ilə separatçı qüvvələr arasındakı təmas xəttində yerləşdirilməli və yalnız ATƏT-in əməkdaşlarının təhlükəsizliyin təmin olunmasından söhbət gedə bilər.
Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bir neçə gün əvvəl bildirib ki, Kiyev, Vaşinqton, Berlin və Paris Donbasda sülhməramlıların yerləşdirilməsi üzrə BMT-nin birgə qətnamə layihəsini praktik olaraq hazırlayıb.
Kiyev BMT-nin sülh missiyasının Donbas regionunun bütün ərazisində yerləşdirilməsinin tərəfdarıdır. Ukrayna prezidenti Pyotr Poroşenko da xatırladıb ki, hələ 2015-ci il yazında Kiyev Donbasda sülhməramlıların yerləşdirilməsini təklif edib, lakin təklif Rusiya tərəfindən dəstəklənməyib.
“İndi, hesab edirəm ki, unikal şansımız var. Əlbəttə, bu, Rusiya ssenarisi olmayacaq. Çünki, siz bilirsiniz ki, bu ssenari iblis detallardan ibarətdir. Sülh missiyası BMT-nin mandatı ilə olmalı, Ukrayna və Rusiya arasındakı sərhədə qədər, yəni qoşunların işğal edilmiş əraziyə keçməsinə icazə verməmək üçün Donbasın bütün ərazisində yerləşməlidir”, - Ukrayna prezidenti deyib.
Dövlət başçısı hesab edir ki, Ukrayna ilə həmrəy bütün ölkələr sülh əməliyyatının hazırlamasında iştirak etməlidir. Poroşenkonun fikrincə, BMT sülh missiyasının tətbiqi Ukraynada sülhə gedən ən qısa yoldur.
Ömər Dağlı
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər






.webp)





.jpg)



.jpg)















.jpg)
