Dünya
Müharibəyə səbəb olacaqdı – Hadisənin təfərrüatları ORTAYA ÇIXDI
Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb.
Publika.az “Doğan” agentliyinə istinadən xəbər verir ki, qaz axtarışları üçün Cənubi Kipr sahillərinə göndərilən İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” gəmi-platformanın Türkiyənin döyüş gəmilərindən biri ilə toqquşmadan son anda yayına bildiyi ortaya çıxıb.
Xəbərə görə, “Saipem 12000” platforması axtarış-kəşfiyyat işləri üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Ankaranın bölgədə qaz axtarışlarına imkan verməyəcəyini açıqlamasından sonra əraziyə Türkiyənin döyüş gəmiləri hərəkət edib. Bölgəyə yaxınlasan “Saipem 12000” türk döyüş gəmiləri ilə qarşılaşıb. Platforma yoluna davam etmək istəsə də, türk döyüş gəmilərindən biri yolunu dəyişərək istiqamətini “Saipem 12000”-ə tərəf çevirib.
Bundan sonra, İtaliya şirkətinə aid gəminin kapitanı radio əlaqəsi ilə Türkiyənin döyüş gəmisi ilə əlaqə saxlayıb. O, türk döyüş gəmisinin kapitanına “yolumuzdan çəkilin, yoxsa birlikdə batacağıq” deyərək çağırış edib. Lakin Türkiyə gəmisi istiqamətini dəyişdirməyib. Sonda araşdırma gəmisinin kapitanı gəmini ərazidən çıxartmağa məcbur olub.
İtaliya “Saipem 12000”-i qorumaq üçün Səudiyyə Ərəbistanında NATO-nun xidmətində olan freqatını Aralıq dənizinə göndərib. Ancaq İtaliya freqatı Türkiyənin mövqeyini dəyişdirməyəcəyini gördükdən sonra Beyrut limanına hərəkət edib. Beləliklə, ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub.
Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.
Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub.
Yunanıstan və Cənubi Kiprin beynəlxalq təşkilatların gündəminə daşımağa çıxardığı mövzu barədə Ankara mövqeyini dəyişməyib. Türkiyənin Hərbi-Dəniz Qüvvələri bölgədə daha əvvəlcədən planlaşdırılan hərbi təlimlərini davam etdirirlər. Türkiyə bölgədəki fəaliyyətin martın 10-na kimi davam etdiriləcəyini açıqlayıb.
Ömər Dağlı
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər






.webp)





.jpg)



.jpg)















.jpg)
