Homoseksuallara dəstək olması üçün prezidentə məktub yazdı
Bizi izləyin

Dünya

Homoseksuallara dəstək olması üçün prezidentə məktub yazdı

Homoseksual müğənni Elton Con Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Homoseksual müğənni Elton Con Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb. İfaçı rusların ona qarşı olan münasibətindən söz açıb:

“Həmişə məni yaxşı qarşılayıb öz ölkəsində qəbul edən ruslara təşəkkür edirəm. Oraya ilk səfərim 1979-cu ildə başladı. Son səfərim isə 2013-cü ildə reallaşdı və olduqca maraqlı keçdi. Ancaq bu, ölkədə homoseksualizmin təbliğatının qadağan olunması haqda yeni qəbul edilən qərarı dəyişdimi? Yox. Əsas odur ki, mən ötən dəfələrdə olduğu kimi bu səfərimdə də tamaşaçılardan həmin istliyi hiss etdim”.

Mətbuatda bu haqda gedən yazılardan və ölkədə homoseksuallara olan münasibətdən də yazan Elton öz istəyini ifadə edib:

“Məmnuniyyətlə Rusiya prezidenti Putini mənimlə son səfər zamanı görüşən insanlarla tanış etmək istəyərdim. Çünki onlar da cinsi oriyentasiyasından asılı olmayaraq, dinlənilməyə və səmimi münasibət göstərilməyə layiqdirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm