Obamayla Kemeron Rusiyanı hədələdilər
Bizi izləyin

Dünya

Obamayla Kemeron Rusiyanı hədələdilər

Brüsseldə keçirdiyi mətbuat konfransında Böyük Britaniya baş naziri Devid Kemeron Rusiyanı hədələyib.

Brüsseldə keçirdiyi mətbuat konfransında Böyük Britaniya baş naziri Devid Kemeron Rusiyanı hədələyib.

Kemeron deyib ki, əgər Moskva Ukraynadakı seçkilərin nəticəsini tanımazsa, yeni seçilmiş prezident Petro Poroşenko ilə görüşlərə başlamazsa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar sektoral olacaq və iqtisadiyyatın ayrı-ayrı bölmələrini əhatə edəcək. Kemeron bildirib ki, "böyük yeddilik" böhranın əvvəlindən Ukrayna məsələsində yekdil olaraq bu fikirdədir ki, ölkənin şərqində Rusiyanın destabilizasiya əməlləri yolverilməzdir.

ABŞ prezidenti Barak Obama əlavə edib ki, yeni sanksiyalar bir aydan sonra tətbiq edilə bilər: "Biz baxacağıq görək, Rusiya prezidenti Vladimir Putin yaxın iki, üç və dörd həftə ərzində nə iş görəcək. Əgər əvvəlki kimi davam edəcəksə, biz artıq bəyan elədiymiz müəyyən tədbirləri görməli olacağıq", - deyə Obama Brüsseldə bildirib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm