Aİ ölkələri İrana qarşı yeni sanksiyaların tətbiqini təklif etdi
Bizi izləyin

Dünya

Aİ ölkələri İrana qarşı yeni sanksiyaların tətbiqini təklif etdi

Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər.

Publika.az xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiq olunması təklifini irəli sürüblər.

"Yaxın vaxtlarda bir sıra şəxslərin və təşkilatların siyahısını yayacağıq. Hansılar ki, bizim fikrimizcə, onlara qarşı sanksiyalar tətbiq edilməlidir", - deyə üç ölkənin yaydığı sənəddə bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, ölkələr ABŞ prezidenti Donald Tramp administrasiyası ilə sənədin hazırlanması üçün danışıqlar aparıblar.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens İranı Birləşmiş Ştatların nüvə razılaşmasından çıxacağı ilə hədələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm