Araz Ağalarovun 650 milyonluq malikanəsi - FOTOLAR
Bizi izləyin

Dünya

Araz Ağalarovun 650 milyonluq malikanəsi - FOTOLAR

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti vaxtilə qərbli multimilyonçuların sevimli məşğuliyyəti olan qolfun Rusiyaya necə ayaq açmasından bəhs edən geniş məqalə dərc edib.

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti vaxtilə qərbli multimilyonçuların sevimli məşğuliyyəti olan qolfun Rusiyaya necə ayaq açmasından bəhs edən geniş məqalə dərc edib.

Məqalə azərbaycanlı milyarder Araz Ağalarovun Moskva ətrafında yerləşən və nəhəng qolf meydançasına malik olan “Agalarov Estate” elit yaşayış kompleksinin təsviri ilə başlayır.

“Moskvadan qərbdə, şəhər ətrafında yerləşən “Agalarov Golf”da şənbə sakitliyini həşərat səsinə oxşayan səs pozur. Soyuq yağışlı havada qolf oynayan oyunçular dayanıb başlarını yuxarı qaldırırlar. Səs yuxarıdan gəlir. Klubun foyesindəki personalın baxışlarından peşəkarcasına ört-basdır edilən panika sezilir.

“Onlar indi gəlirlər” - deyə qolf təlimatçısı Piter Holland deyir: “Bu, onlardır”.

Şkaf kimi mühafizəçilər qəfildən peyda olur və üzərində klubun loqotipi olan hərbi “CİP” aşağı enən vertolyota yan alır. Hətta quşlar da gələnləri tanıyır. Onlar milyarder Araz Ağalarov və onun 34 yaşlı oğlu, pop-ulduz Emindir.

“Crocus Group” konqlomeratında birlikdə işləyən ata-oğul “CİP”ə yaxınlaşır və sıçrayaraq ikiyerlik avtomobilə minirlər. Sükan arxasına Emin keçir, onun başında “Siz işdən qovuldunuz!” sözləri (Emin Ağalarovun məşhur amerikalı maqnat Donald Trampın iştirakı ilə ötən il çəkdirdiyi klipdən sitat-red.) yazılmış papaq var”.

Qəzet yazır ki, qolf ABŞ-da populyar ola bilər. Lakin onilliklər boyu Rusiya bu klassik idman növünü əldən buraxıb. Yalnız son illərdə Ağalarov kimi maqnatlar ölkədə qolf meydançaları qurmağa başlayıblar. Onlardan ən dəbdəbəlisi Ağalarovun meydançasıdır.

A.Ağalarov deyir ki, əslində onun layihəsi heç də qolfla bağlı deyildi. Məqsəd Rusiyada ultra-zəngin elitanın yaşayacağı kompleks inşa etmək olub. Ağalarov deyir ki, ideya onun ağlına ilk dəfə təxminən 20 il əvvəl Mayamidəki qolf meydançasının ətrafı boyu inşa edilmiş dəbdəbəli malikanələrdən ibarət “Fisher İsland”a baş çəkəndən sonra gəlmişdi.

A.Ağalarov bu layihəni həyata keçirmək üçün 1990-cı illərin əvvəllərindən başlayaraq Moskva ətrafında torpaq sahələrini almağa başlayır. Bu proses təxminən 10 il davam edir və 2005-ci ildə yekunlaşır. 2010-cu ildə isə o, artıq qolf meydançasını istifadəyə vermişdi.

A.Ağalarov deyir ki, layihəyə torpaqların alınması da daxil olmaqla üst-üstə 650 milyon dollar xərcləyib. İndiyədək bu pulların 300 milyon dolları geri qayıdıb - kluba üzvlük haqları və malikanələrin satışı hesabına.

“Yəni layihə minus 350 milyon dollardır” - Ağalarov deyir.

“Ola bilsin biz heç vaxt buradan gəlir əldə etməyək. Ancaq biz burada özümüz üçün vaxt keçiririk, burada olmaq bizə çox rahatdır. İstənilən halda şəhərkənarı evimiz olmalı idi. Belə alındı ki, bizim şəhərətrafı evimiz bir az böyük alındı” - milyarder hovuzun kənarındakı restoran-evcikdə Azərbaycan yeməklərindən dadaraq bildirir.

“Agalarov Estate” doğrudan da Mayaminin elit yaşayış kompleksini xatırladır. Hovuzun ətrafındakı restoran palmalarla əhatə olunub, ətrafda krem rəngli dəri kreslolar düzülüb, ərazi meşəliklə əhatə olunub. Barda pələng dərisi rəngində geyimlərdə və strinq çimərlik paltarında model qızlar xidmət göstərir.

Mühafizəçilər isə kompleksi üzərində AEPD (“Ağalarov Estate Polis Departamenti”) yazılmış polis avtomobillərində patrul xidməti həyata keçirir.

Layihə asanlıqla gəlir verə bilər. Ancaq bunun üçün Ağalarov qapıları tanımadıqları adamların üzünə açmalıdır. Bunu Emin deyir. Ata və oğlu zarafatyana deyirlər ki, nəzərləri həmişə malikanələrin sakinlərinin üzərindədir.

“Bir sakin var, həmişə məndən gizlənir. Çünki həmişə ona deyirəm ki, pis geyinmisən” - deyə Ağalarov gülərək bildirir.

“The Wall Street Journal” yazır ki, SSRİ-də heç vaxt qolf meydançası olmamışdı. Sovet lideri Nikita Xruşşov qolf həvəskarı olan ABŞ prezidenti Duayt Eyzenhauerin SSRİ-yə planlaşdırılan səfəri ərəfəsində ölkədə ilk qolf meydançası tikmək ideyasını irəli sürmüşdü. Lakin 1960-cı ildə sovet hava məkanı üzərində Amerika kəşfiyyat təyyarəsinin vurulması iki nəhəng dövlət arasında münaqişə yaratdı və Eyzenhauerin səfəri baş tutmadı. /virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm