İran ilk kosmik gəmisini hazırlayır
Bizi izləyin

Dünya

İran ilk kosmik gəmisini hazırlayır

İran rəsmən özünün kosmik orbital gəmisini hazırlamağa başlayıb.

İran rəsmən özünün kosmik orbital gəmisini hazırlamağa başlayıb.

Bu barədə ölkənin milli kosmik layihəsinin rəhbəri Mansur Kabqanian bildirib. Onun sözlərinə görə, ilk kosmik gəminin ağırlığı 100 kq olacaq.

Gəmini İran istehsalı olan raketin köməyi ilə Yerin aşağı orbitinə çıxarmaq nəzərdə tutulub. Gəmi maye yanacaqla işləyəcək mühərriklə təmin ediləcək. İranın Hacı Nasir adına institutunun mühəndisləri artıq pilotlu kosmik aparatın prototipini də hazırlayıblar.

İranın yeni kosmik gəmisi əslində sıfırdan başlamayacaq. Tamamilə mümkündür ki, o, ötən il kosmosda olan və göyərtəsində meymun yerləşdirilmiş kapsulaya malik gəminin böyüdülmüş variantı olsun /Musavat.com/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm