Luqansk aeroportunda döyüş gedir
Bizi izləyin

Dünya

Luqansk aeroportunda döyüş gedir

Luqansk aeroportunda döyüş gedir

Ukraynanın Luqansk beynəlxalq hava limanına ötən gecə terrorçular hücüm edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, gecə saat 00:00 radələrində başlayan döyüş hazırda da davam edir.

Terrorçuların Ukrayna hərbçilərinin mövqeyini minaatanlardan fasiləsiz atəş altında saxlamasına baxmayaraq, hücum müvəffəqiyyətlə dəf edilib. Terrorçuların hazırda mövqelərini dəyişdirdiyi xəbər verilir.

Məlumata görə, hərbçilər arasında ölən və yaralanan yoxdur.

Xatırladaq ki, dünən “Luqansk Xalq Respublikası”nın lideri Valeri Bolotov Luqansk beynəlxalq hava limanının direktoruna bu gündən uçuşları və təyyarə qəbulunu dayandırmağı əmr edib. Ancaq hava limanına terrorçular tərəfindən nəzarət edilmədiyi üçün Ukrayna hərbçiləri bu əmri gülünc adlandırıblar.

Luqansk beynəlxalq hava limanı üç aydır ki, sərnişin təyyarələrini qəbul etmir və göndərmir. Terrorçular isə hava limanını qaytarmağa çalışırlar. Onların iki gün əvvəl etdiyi hücum da uğursuzluqla nəticələnib. Məlumata görə, onlar bu hücumda daşına bilən raketlərdən də istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm