Ərdoğan və qızının yeni telefon danışığı yayıldı
Bizi izləyin

Dünya

Ərdoğan və qızının yeni telefon danışığı yayıldı

Dinləməyə düşən telefon danışıqlarında baş nazir Ərdoğan və qızı Sümeyye Ərdoğanın sui-istifadə istintaqının ikinci dalğasında haqqında tutma qərarı çıxarılan Mustafa Lətif Topbaşla edildiyi iddia edilən iki görüşmə yer alıb.

Türkiyəni sarsıdan böyük rüşvət əməliyyatı ilə birlikdə ortaya çıxan telefon danışıqlarına bir yenisi daha əlavə olunub. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, bu dəfə internetdə baş nazir Rəcəb Tayyib Ərdoğan ilə qızı Sümeyye Ərdoğanın telefon danışıqları yayılıb.

Dinləməyə düşən telefon danışıqlarında baş nazir Ərdoğan və qızı Sümeyye Ərdoğanın sui-istifadə istintaqının ikinci dalğasında haqqında tutma qərarı çıxarılan Mustafa Lətif Topbaşla edildiyi iddia edilən iki görüşmə yer alıb.

Danışıqların məzmununda isə İzmir Urla mahalı Zeytineli kəndindəki dəniz qoyunda Topbaşın tikdiyi villalardan Ərdoğan ailəsinə verildiyi iddia edilən 2 villaya dair ifadələr yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm