Erməni ekspertdən xəbərdarlıq: “Bu, Ermənistan üçün ciddi siqnaldır”
Bizi izləyin

Dünya

Erməni ekspertdən xəbərdarlıq: “Bu, Ermənistan üçün ciddi siqnaldır”

Erməni ekspertdən xəbərdarlıq: “Bu, Ermənistan üçün ciddi siqnaldır”

“Bir ay ərzində Qazaxıstan prezidenti Nursultan Nazarbayev dostu Putinlə birlikdə İlham Əliyevlə danışıqlara başladı. Eyni zamanda, Türkiyə Avrasiya İqtisadi İttifaqına cəlb edilməsi barədə söhbətlər dolaşır. Bu, Ermənistan üçün ciddi siqnaldır”.

Publika.az-ın erməni mətbuatına açıqlamasında bu sözləri Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Ağasi Yenokyan deyib. Erməni politoloq hesab edir ki, faktiki olaraq Nazarbayev və Putin Qarabağ məsələsində Ermənistanı dəstəkləməyə maraqlı olmadıqlarını nümayiş etdirib. A.Yenokyan qeyd edir ki, indiki halda Ermənistanın Avrasiya İttifaqına cəlb edilməsinin səbəbi də qaranlıq olaraq qalır.

“Azərbaycan-Ermənistan sərhədində, demək olar, döyüşlər gedir, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir reaksiya vermir. Bütün üsullarla göstərmək istəyirlər ki, Avrasiya İttifaqında Ermənistana yer yoxdur. Amma eyni zamanda, Ermənistanı bu ittifaqa dartmağa çalışırlar. Bu artıq gülməli deyil, məntiqsiz hərəkətdir”, - o, bildirib.

A.Yenokyan əlavə edib ki, Ermənistanda hazırda “unikal” milli birlik var. O, bütün partiyaların rusmeyilli olduğunu söyləyib: “Ermənistanın bütün partiyaları rəqibimizin tərəfində çıxış edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm