Dünya
Bu foto Moskvanı susduracaq – Fotofakt
Ukrayna Milli Qvardiyası Rusiya ərazisindən Donetsk vilayətinə keçməyə cəhd edən “БТР-80” zirehli transportyoru ələ keçirib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov “facebook” səhifəsində bildirib.
Terrorçular sərhədi Donetsk vilayətinin Maryanovka rayonu hissəsindən keçməyə cəhd edib. Lakin onların bir hissəsi məhv edilib, digərləri isə sağ ələ keçirilib.
A.Avakov həmçinin ələ keçirilən zirehli texnikanın fotosu və qeydiyyat kitabçasını “facebook” səhifəsində yerləşdirib. “Rusiya hərbi hissəsinin möhürünə diqqət yetirin. Bu, bizim söylədiklərimizə inanmayan diplomatlar üçündür”,- nazir yazıb.
Qeyd edək ki, son günlər Rusiyadan Ukraynaya keçməyə cəhd edən muzdlular və hərbi texnikanın sayı artıb. Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində “Doljanski” sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiyadan Ukraynaya muzdlular və silah axınının davam etdiyini yazıb.
Hərbi ekspert son bir gündə 2 ədəd “T-64” tankı və beş ədəd BTR-in (zirehli transportyor) Rusiyadan Luqansk vilayətinə daxil olduğunu bildirib. O həmçinin ən azı 3 ədəd “Qrad” yaylım atəş sisteminin də Ukraynaya keçdiyini qeyd edib.
Ömər Dağlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO