Moskva “ultimatum”u qəbul etmək istəmir
Bizi izləyin

Dünya

Moskva “ultimatum”u qəbul etmək istəmir

“Antiterror əməliyyatların dayandırılması haqqında Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatı federallaşma tərəfdarı olan döyüşçülərə ultimatumdur”.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.

Bəyanatda bildirilir ki, P.Poroşenkonun bəyanatı sülhə və danışıqlara çağırış deyil. “Bəyanat Ukraynanın cənub-şərqindəki döyüşçülərə təslim olmaq barədə ultimatumdur”, - Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir. Açıqlamada Poroşenkonun bəyanatında danışıqlara başlamaq təklifinin olmadığı qeyd edilib.

Qeyd edək ki, Ukrayna prezidenti dünən birtərəfli qaydada atəşkəs rejimini tətbiq edib. Atəşkəs rejimi çox qısa müddətdə davam edəcək və bu müddət ərzində qanunsuz silahlı birləşmələr silahı yerə qoymalıdır. Ukrayna prezidenti söz verib ki, ölkəni tərk etmək istəyənlər üçün hər cür imkan yaradılacaq.

Sülh planı Ukrayna prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında da müzakirə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm