Gülənin hazırlıq kurslarında təcavüz şoku
Bizi izləyin

Dünya

Gülənin hazırlıq kurslarında təcavüz şoku

Fətullah Gülənin hazırlıq kursunda 12 yaşlı qız uşağı təcavüzə uğrayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülən qrupuna yaxınlığı ilə bilinən “Anafen” Hazırlıq Kurslarının Malatyadakı şöbəsində 12 yaşındakı şagird qızın müəllimi tərəfindən cinsi təcavüzə uğradığı və hazırlıq kursunun müdiriyyətinin də bu hadisəni ört-basdır etməyə çalışdığı məlum olub.

Hadisə bu günlərdə baş verib. İddiaya görə, 6-ci sinifdə oxuyan S.T. adlı şagird mayın 31-də imtahana getməyib. Sabahısı günü isə riyaziyyat müəllimi Əhməd K. Kiçik qızdan arxiv otağına getməyini istəyib və ondan imtahan götürəcəyini bildirib. İddiaya görə, bundan əvvəl də həmin müəllim tərəfindən təcavüzə uğrayan S.T. rəfiqəsinin də onlarla getməsini istəsə də, müəllim razı olmayıb. Otağa girdikdən sonra təcavüzə məruz qalan S.T. müəllimin əlindən güclə qurtulub. Otaqdan çıxan qız atasına zəng edib. Qız əvvəlcə atasına heç nə demək istəməsə də, məktəbə gələn ata onu dilə tutaraq bu qorxunc hadisədən xəbərdar olub.

Müdirin yanına gedən ata heç gözləmədiyi reaksiya ilə qarşılaşıb. Belə ki, müdir polisə şikayət etməməsi üçün üç saat ataya təzyiq edib. Lakin ata A.T. hazırlıq kursuna polis çağırıb və müəllim Əhməd K. polis bölməsinə aparılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm