
Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz olaraq aksiya keçirilib.
Axar.az xəbər verir ki, Ermənistanda işığın qiymətinin bahalaşmasına etiraz edən kütlə Kommunal Xidmətlərin Tənzimlənməsi Komissiyasının binası önünə toplaşıb. 50-60 nəfər arası olan qrupa polis müdaxilə edib. Vətəndaşlar və polis arasında qarşıdurma yaşanıb.
Qeyd edək ki, Ermənistanda avqustun 1-dən işığın qiymətində artım tətbiq olunacaq.