
Rumıniya parlamenti bəyanat qəbul edərək ölkə prezidenti Trayan Beseskunu korrupsiya qalmaqalına görə öz postunu tərk etməyə çağırıb.
Publika.az ANS PRESS-ə istinadən məlmat verir
ki, korrupsiya qalmaqalının mərkəzində rumın liderinin qardaşı yer
alır. Beseskunun istefası üçün 344 deputat səs verib. 17 deputat
bitərəf qalıb.
Qeyd edək ki, bir müddət əvvəl Rumıniya prezidentinin qardaşını 250
min avro rüşvət alınmasında şübhəli bilənərək həbs ediblər.