Poroşenkonun açıqlaması
Bizi izləyin

Dünya

Poroşenkonun açıqlaması

Ukrayna prezidenti Petro Poroşenko, Rusiya ilə davam edən danışıqlarda hədəfin Ukraynada sülhün təmin edilməsi olduğunu, ancaq Krımı öncə almadan münasibətlərin tam normallaşması mümkün olmayacağını söylədi.

ANS PRESS-in məlumatına görə, Strasburqda Avropa Şurası Parlament Məclisində (AKPM) danışan Poroşenko, "Krımı öncə almadan əlaqələrimizin normallaşması mümkün deyil, ancaq biz sülh sevər insanlarıq. Buna görə, Ukrayna rəhbərliyi və mən sülh planını tətbiq etdik" dedi.

Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkellə görüşdükdən sonra Rusiya prezidenti Vladimir Putinlə də telefonda danışdığını və sülh planını dəstəklədiyini söylədi.

Kiyevin sözdən çox əməli işə keçdiyini deyən Poroşenko "Biz bu istiqamətdə addımlar gözləyirik. Sərhəd təhlükəsizliyi artırılmalı, qaçaq silah keçirilməsinə maneə törədilməlidir. Pullu əsgər alışları dayandırılmalı və silahlı milislər geri çəkilməlidir" çağırışını etdi.

Birtərəfli olaraq müstəqilliyini elan edən Donetsk və Lugansk bölgələri nümayəndələrinin sülh planına maraq göstərdiklərini ifadə edən Poroşenko, bir saat əvvəl müzakirələrə qatılacaqları istiqamətində bir təsdiq aldığı məlumatını verdi.

Qeyd edək ki, Ukraynada 27 iyuna qədər elan edilən atəşkəsə yerli milislər də dəstək vermişdi. Onların silahları təhvil verməsi, ictimai binalara hücumların sona çatması, yerli rəhbərliklərin səlahiyyətlərinin artırılması, erkən yerli və parlament seçkilərinin keçirilməsi kimi 15 maddədən ibarət olan sülh planı müzakirə ediləcək.

Poroşenko, atəşkəsə əməl olunmaması hada "B planını" tətbiq edəcəyi xəbərdarlığını vermişdi. Prezident "B planını"n nə olduğunu isə açıqlamamışdı.

Rusiya dövlət başçısı Putin də sabah sona çatacaq atəşkəs müddətinin uzadılması üçün Poroşenko ilə telefon danışığı reallaşdırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm