Avropa Rusiyanı cəzalandırmağı gələn aya saxladı
Bizi izləyin

Dünya

Avropa Rusiyanı cəzalandırmağı gələn aya saxladı

“Avropa Birliyinin iyun sammitində Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edilməyəcək”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Birliyi (AB) liderlərinin Brüssel sammitində iştirak edən Litva Respublikasının prezidenti Dalya Qribauskayte deyib.

Litva prezidenti qeyd edib ki, AB Rusiyaya qarşı kifayət qədər sanksiyalar tətbiq edib və onlara hazırkı sammitdə yenilərinin əlavə edilməsi ağlasığmazdır. O həmçinin bu məsələdə Avropanın bütün liderlərinin vahid mövqedən çıxış etməsinin vacib olduğunu vurğulayıb.

D.Qribauskayte Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin iyul ayında müzakirə edilə biləcəyini deyib. Prezident bunun Ukraynadakı vəziyyətdən birbaşa asılı olacağını vurğulayıb.

Xatırladaq ki, AB “Ukraynanın ərazi bütövlüyünün pozulması”nda günahkar hesab etdiyi Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Bu siyahı bir neçə dəfə də genişləndirilib. Hazırda Rusiya və Ukraynanın 61 vətəndaşının AB ölkələrinə girişi qadağan edilib və onların ittifaqa üzv ölkələrdəki maliyyə aktivləri dondurulub. Bundan başqa, AB-nin sanksiyaları altına Krımın bir neçə müəssisəsi də düşüb.

Moskva isə bildirir ki, onunla sanksiyalar dili ilə danışmaq yersiz və əhəmiyyətsizdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm