Kərkük tapmacası: London və Vaşinqton kimə “hə” dedi?
Bizi izləyin

Dünya

Kərkük tapmacası: London və Vaşinqton kimə “hə” dedi?

“İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının İraqda keçirdiyi hərbi əməliyyatlardan hazırda ən çox qazanclı görünən tərəf, heç şübhəsiz ki, kürdlər oldu.

Son hadisələrdən sonra kürdlərin daha əhəmiyyətli bir aktroya çevrildiyindən danışılır. Az qala hamısı sünni olan kürdlərin ciddi bir iqtisadi və hərbi gücə sahib olması İŞİD-in İraqın şimalına hücumunu çətinləşdirdi. Hətta bəzi iddialara görə, İŞİD-lə kürdlər arasında müəyyən razılaşma da olub və terror təşkilatı kürd bölgəsinə hücum etməyəcəyi barədə öhdəlik götürüb. Digər tərəfdən bölgədə şiə əhalisinin çox cüzi olması da İŞİD-in kürdlərə hücumunu mənasız edir.

İraq ordusunun geri çəkilməsi ilə Kərkük peşmərgə qüvvələrinin nəzarətinə girmiş və Mosuldan qaçanların əhəmiyyətli bir hissəsi Şimali İraqa sığınıb. İraq regional kürd rəhbərliyi, beləliklə, statusu mübahisəli olan Kərkükü ələ keçirmiş, eyni zamanda, Mosul kimi şəhərlərdən qaçan əhalini himayəsi altına alaraq İraqda təhlükəsizlik üçün nə qədər əhəmiyyətli olduğunu Türkiyə və İran da daxil olmaqla bütün dünyaya sübut etmişdir. Beləliklə, Türkiyə ilə İran, həmçinin İraq hökuməti regional kürd rəhbərliyinin qiymətini açıq şəkildə fərq etmişlər. Bundan sonra Kərkükün status məsələsini kürdlərin əleyhinə çevirmək mümkün olmayacağı görünür. Elə kürd rəhbərliyi də Kərkük məsələsinin onların xeyrinə həll olunduğunu güman edir.

Xatırladaq ki, 15 Oktyabr 2005-ci ildə referendumla qəbul edilən İraq Konstitusiyasının 140-cı maddəsinə görə, kürdlərlə Bağdad arasında mübahisəli sayılan, türkman, ərəb və kürdlərin yaşadığı Kərkük, eləcə də ətraf torpaqların hansı tərəfdə qalacağı məsələsi referendumla həll olunmalı idi. Referendum isə 15 Noyabr 2007-ci ildə keçirilməsi planlaşdırılmışdı. Lakin aradan keçən müddət ərzində bunu etmək mümkün olmayıb.

Yuxarıda da qeyd etdik ki, kürdlər Kərkükün status məsələsinin artıq onların xeyrinə həll edildiyini bəyan edir. İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani dünən İngiltərə xarici işlər naziri Villam Hague ilə keçirdiyi birgə mətbuat konfransında neftlə zəngin Kərkükdən çəkilməyəcəyini bəyan etdi. “İraq hökumətinin bu problemi həll etməsi üçün 10 il gözlədik. Bu bölgələrdəki İraq ordusu geri çəkildi. Bundan sonra isə peşmerge gücləri həmin bölgəyə gedərək nəzarəti əl almalı idi. Hesabe dirik ki, Konstitusiyanın 140-cı maddəsinin şərtləri yerinə yetirilib. Artıq biz bu məsələ üzərində dayanmırıq”, - Bərzani deyib.

İngiltərə xarici işlər naziri də mübahisəli bölgələri terrorçu qruplardan qoruyan peşmerge gücləri və kürd rəhbərliyə təşəkkür edib. Bir sözlə, İngiltərə İraq ordusunun geri çəkilməsi ilə kürdlərin əlinə keçən Kərkükü onu İŞİD-dən qoruduğu üçün kürdlərə verilməsinin tərəfdarıdır. İddialara görə, bir neçə gün bundan əvvəl Bərzani ilə ABŞ dövlət katibi Con Kerrinin görüşündə də Kərkükün gələcəyi müzakirə olunub. Bəzi diplomatik mənbələr London kimi Vaşinqtonun də Kərkük məsələsində kürdlərə yaşıl işıq yandırdığını bildirir.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi isə neftlə zəngin şəhərin kürd muxtariyyəti tərəfindən zəbt edilməsinə icazə verilməsinin qeyri-mümkün olduğunu bildirib. Lakin bunun qarşısını almaq türkmanlar üçün olduqca çətin görünür?

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm