Rusiyada hərbi səfərbərlik
Bizi izləyin

Dünya

Rusiyada hərbi səfərbərlik

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin hərbi toplanışlara çağırılması haqqında fərman imzalayıb. Publika.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, fərmanın mətni artıq prezident administrasiyasının rəsmi internet portalında yerləşdirilib.

Hərbi toplanışa cəlb olunan hərbçilər 2 ay müddətində ölkənin silahlı qüvvələrinin, daxili işlər nazirliyinin, dövlət mühafizə orqanlarının, təhlükəsizlik xidməti strukturlarının nəzdində hazırlıq keçəcəklər. Ehtiyatda olan hərbçilərin xüsusi fərmanla toplanışa çağırılması, faktiki olaraq, ölkədə elan edilən hərbi səfərbərlik kimi qiymətləndirilir.

Xatırladaq ki, mart ayında Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukrayna-Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Baş verənlər fonunda Rusiya bir sıra iri miqyaslı hərbi təlimlər keçirib və elit qoşunların mühüm bir qismini Ukrayna sərhədinə doğru cəmləşdirib.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm