• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Almaniya şokda: erməni yalanları ortaya çıxdı

  • Dünya
  • 1 İyul 2014 14:30
  • 1 488 Baxış
Almaniya şokda: erməni yalanları ortaya çıxdı

Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun Almaniyada nəşr olunan “Bakış” jurnalında məqaləsi dərc olunub.

Publika.az xəbər verir ki, “Qaranlıqları aydınladan tarixi faktlar” adlı məqalədə qondarma erməni soyqırımı yalanları ifşa olunur.

Yazıda qeyd olunur ki, Şərqi Anadolu bölgəsində Daşnak və Hnçak birləşmələrinin qətl etdiyi müsəlman-türklərə aid 185 toplu məzar mövcuddur: “Bu toplu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir.

Qeyd edək ki, 1918-ci Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb və talan edilib ki, onlardan da biri Subatan kəndidir. Müxtəlif vaxtlarda Subatandakı toplu məzarlar beynəlxalq jurnalistlərin iştirakı ilə açılıb”.

Məqalədə 1918-ci il hadisələrini görən (120 yaşındakı Faranıq Türk ilə 95 yaşındakı Dayanacağa Öztüryün) şahid ifadələrinə istinadən Subatandakı məzarlıqlardan danışılır: “Əvvəl geniş səthdə davam etdirilən qazıntı daha sonra A-l və B-l açmalarının iç kəsişən nöqtəsində sıxlaşdırıldı. Üstdəki 40 sm. plomb torpağın qaldırılmasından sonra ilk skeletlərlə qarşılaşırdı.

Qarışıq olaraq ələ keçən skeletlərin əksəriyyətinin 1 yaşında olan uşaqlara aid olduğu izlənildi. A-l açmasında təxminən 80 sm. dərinlikdə ələ keçən bir skelet qrupu olduqca maraqlı bir quruluş göstərirdi. Şimal-cənub istiqamətində mövqelənən bu skeletlər bir ana və qız uşağına aid olduğu görünürdü. Qadın sağ yanı üzərinə düşüb və sol qolu ilə qucağındakı uşağa sarılıb.

Qadının kəlləsində təyin olunan iki zərbə izi, bunların xüsusilə başlarına, ehtimal ki, balta, ya da kəsici alətlərlə vurularaq qətl edildiyini göstərirdi. İlk hərəkətdə çox təsirli olmayan balta, ikincisində kəlləni dərininə ikiyə ayırıb. Gərək ki, qadın və uşağı üzərindəki geyimlərlə basdırılıb . A-l açmasının cənub küncündə ələ keçən bir başqa skelet qrupunun yalnız çox az bir qismi açıla bilib. Buradakı ilk işlərdən sonra 12 uşaq və 3 yetkin skeleti ortaya çıxarılıb”.

F. Öztürk və D. Öztüryün arxiv sənədləri ilə təsdiqlənən ifadələrə görə, 25 Aprel 1918-ci ildə ermənilər tərəfindən törədilən qırğın bu şəkildə meydana gəlib: “Qars və Sarıqamışdan geri çəkilən Daşnak-erməni birləşmələri o zamanlar türk, erməni və rumların birlikdə yaşadığı Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər. Arxiv sənədlərindən əldə edilən fotoşəkillərə və qazıntı sonrası məlum olanlara görə başlarına baltalarla vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə saxlayırdılar.

Sənədlərə əsasən, Subatan kəndində cəmi 570 adamın qətl edildiyi ifadə edilib. Erməni birləşmələrinin çəkilməsinin ardından bölgə yenidən türk əsgəri birliklərinin əlinə keçib. Küçələrdə iy verən qətl edilmiş insan cəsədləri, sağ qalanları əsgərlər kəndin müəyyən nöqtələrində toplayaraq samanlıqlara (merek) doldurublar. Dövrün qeyri-mümkünlükləri və ölü sayının çoxluğu səbəbi ilə dəfn üçün bir "məzar" olaraq düşünülən samanlıqlar “dam çökdürmə” yolu ilə bu günahsız insanlara “toplu məzar” olub”.

Müəllif bu tipli kütləvi məzarlıqların Azərbaycanda da mövcud olduğunu qeyd edir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR