Rusiya Türkiyəyə qaz ixracını dayandırdı
Bizi izləyin

Dünya

Rusiya Türkiyəyə qaz ixracını dayandırdı

Rusiyadan Türkiyəyə təbii qaz daşıyan Qaradəniz boru xətti təmir səbəbindən 5 günlük bağlanıb.


Axar.az xəbər verir ki, təmir işləri iyulun 5-i yekunlaşacaq.

Qeyd edək ki, bu xəttin təmirdə olmasına görə Türkiyə qazı Rusiyanın ixrac etdiyi Qərb xəttindən alacaq.



Onu da bildirək ki, mütəxəssislər bu xəttin dayanmasının Türkiyə üçün heç bir əngəl yaratmayacağını düşünür.

Xatırladaq ki, ötən il Rusiyadan Türkiyəyə verilən 26,7 milyard kub metr təbii qazın 13,7 milyardı məhz Qara dəniz xətti ilə ötürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm