İŞİD İspaniyanı da təhdid etdi
Bizi izləyin

Dünya

İŞİD İspaniyanı da təhdid etdi

İŞİD terror təşkilatı tərəfindən yayımlanan yeni videoda danışan 2 terroçudan biri "Allahın izni ilə dədə-baba torpaqlarımızı təkrar geri alacağıq" deyir. ANS PRESS-in məlumatına görə, videoda müqəddəs torpaqlarda olduqlarını iddia edən terrorçular, İspaniyanı təhdid edərək, Cakartadan Əndəlusa qədər İslam bayrağını dalğalandıracaqlarına and içirlər.

Suriyada çəkilən video İspaniyada böyük əks-səda yaradıb. Ölkə televiziyaları bu görüntüləri göstərərək, İspaniyanın radikal İslam təhdidi altında olduğuna diqqət çəkiblər. Mətbu orqanlar isə İŞİD xəbərdarlığının ciddiyə alınmasını tövsiyyə edərək, oxucu fikirlərinə geniş şəkildə yer veriblər.
Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ölkə daxilində hər ay təxminən 50 adam Türkiyə üzərindən Suriyaya keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm