İŞİD Həzrət Abbas məscidini partlatdı
Bizi izləyin

Dünya

İŞİD Həzrət Abbas məscidini partlatdı

“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının yaraqlıları iyunun 25-də İraqın Mosul şəhərində yerləşən Əbül Fədl Abbas məscidini partladıblar.

Publika.az-ın məlumatına görə, bu barədə bu gün türkcə yayılan “İslami Davet” portalı məlumat verib. Portal partlayışın video görüntülərini də yayıb. Video bu gün Şəmsəddin Həsənov adlı istifadəçi tərəfindən “You Tube” portalına da yerləşdirilib.

Məhəmməd peyğəmbərin əmisi oğlu və səhabəsi olan Əbül Fədl Abbas Azərbaycanda Həzrət Abbas və ya Əbülfəzl Abbas kimi tanınır. Həzrət Abbasın inamı və qəhrəmanlığı azərbaycanlılar arasında and yeridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm