Dünya
İŞİD islam alimlərinin türbəsini yıxdı (FOTO)
İraq Şam İslam Dövləti (İŞİD) terror
qruplaşması vandal hərəkətlərinə daha bir neçəsini əlavə
edib.
ANS PRESS-in məlumatına görə, İŞİD silahlıları
İraqdakı tarixi, mədəni abidələri məhv etməyə davam edir. Ötən gün
isə sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin İraqın Mosul
şəhərində yerləşən türbəsini və məzarını buldozer qarşısına verərək
yerlə-yeksan ediblər. Onlar həmçinin, gün ərzində başqa bir islam
alimi Şeyx ibrahimin türbəsini də uçurublar.
Bu barədə İŞİD üzvlərindən biri sosial şəbəkədə
dağıntı zamanı çəkilən şəkilləri paylaşaraq məlumat
verib.
Qeyd edək ki, Əhməd ibn Əli ər-Rifai sufi islam
təriqəti olan Rifailiyin qurucusu olub. XV əsrə qədər ən populyar
təriqət olan Rifai İraqdan Misirə və Suriyaya
yayılıb.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."