Obama və Olland Putindən nə istədi?
Bizi izləyin

Dünya

Obama və Olland Putindən nə istədi?

ABŞ prezidenti Barak Obama ilə onun fransalı həmkarı Fransua Olland arasında telefon danışığı olub.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki lider Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqindəki separatçılara təzyiq göstərməyə çağırıb.

Barak Obama fransalı həmkarı ilə telefon söhbətində Ukraynanın şərqində aparılan antiterror əməliyyatı dəstəkləyib. Obama və Ollandın ümumi fikri bu olub ki, Rusiya stabilliyi pozan hərəkətlərə son qoymalı, terrorçulara silah çatdırmasından imtina etməlidir.

“Prezidentlər bildiriblər ki, ABŞ və Avropa koordinasiya olunmuş addımlara təşəbbüs etməlidir. Sabitliyin bərpası üçün təcili addımlar atmasa, Rusiyaya qarşı atılacaq addımlarla bağlı ümumi fikir ifadə olunub”, - “Röyters” Ağ Evin mətbuat xidmətinə istinadən bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm