Dünya
İŞİD kimyəvi silahları ələ keçirdi
Birləşmiş Millətlər Təşkilatına İraqın paytaxtı Bağdadın şimal-qərbindəki kimyəvi silah zavodunun İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən ələ keçirildiyi barədə məlumat verilib.
İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim tərəfindən
BMT Baş katibi Ban Ki-Muna ötürülən məktubda, "terrorist qrupların"
11 iyunda Bağdad yaxınlığındakı Muthanna zavodu və içindəki kimyəvi
maddələri ələ keçirdikləri məlumatını çatdırıb.
ANS PRESS-in məlumatına görə, məktubda, İraq hökumətinin bölgədəki
təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbiylə buradakı kimyəvi
silahların məhv etmə sözünü yerinə yetirə bilməyəcəyi qeyd
edilib.
Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif
zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu parçalar olduğu
ifadə edilib.
Qeyd edək ki, Mosul və ətrafını sürətli bir şəkildə ələ keçirən və
Bağdadı təhdid edən İŞİD, 29 İyunda İraqda xilafət dövləti
qurduğunu elan edib.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu