Bütün dünya İŞİD-ə qoşulan əkiz bacılardan danışır
Bizi izləyin

Dünya

Bütün dünya İŞİD-ə qoşulan əkiz bacılardan danışır

16 yaşlı Səlma və Zəhra adlı əkiz bacılar Suriyaya gedərək İŞİD-ə qoşulublar.

Axar.az xəbər verir ki, İngiltərənin “Sun” qəzeti əkiz bacıların ilk şəkillərini nəşr edib. Əkizlərin İngiltərədə təhsil alan fəal tələbələr olduğuna diqqət çəkən “Sun” qəzeti onu da bildirib ki, qızlar Suriyaya valideynlərinə telefonla zəng vuraraq geri dönməyəcəklərini deyiblər.

Xatırladaq ki, iki həftə bundan əvvəl Mançestrdə Korltondakı evlərindən valideynlərinə xəbər vermədən qaçan qızların Suriyaya İŞİD-də döyüşməyə getdiyi bildirilib. Qəzetin verdiyi xəbərə görə, Səlma və Zəhra Korltondan qaçdıqdan sonra Tükiyəyə uçublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm