Ukrayna daha bir şəhərdə qələbəyə yaxındır
Bizi izləyin

Dünya

Ukrayna daha bir şəhərdə qələbəyə yaxındır

Donetsk vilayətinin Seversk şəhərində antiterror əməliyyatlarının aktiv mərhələsi davam edir, terrorçular şəhəri tərk edirlər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror operativ əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov keçirdiyi brifinq zamanı deyib.

“Antiterror gücləri terrorçuların olduğu ərazinin mühasirə halqasını daraltmaq üçün tədbirlər kompleksi həyata keçirir. Əsas hədəflərdən biri Seversk-Lisiçansk zonasında terrorçuların mühasirəsini təşkil etməkdir. Taktika müvəffəqiyyətlə yerinə yetirilir”, - V.Seleznyov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm