Dünya
İŞİD liderinin qardaşı ələ keçdi
İraq ordusunun son bir sutka ərzində
həyata keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif əyalətlərdə 150
İŞİD terrorçusu məhv edilib. “İraqNyus”un yaydığı xəbərə görə, bu
açıqlamanı İraq ordusunun sözcüsü Qasim Ata
verib.
“Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39,
Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, -
deyə Qasim Ata bildirib.
Eyni zamanda, Cufr əl-Sahar şəhərində də könüllü
dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD
lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi
bildirilib.
“Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin
qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib.
Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi
bildirilir.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO