Merkel Ukraynaya görə Putini Braziliyaya çağırıb
Bizi izləyin

Dünya

Merkel Ukraynaya görə Putini Braziliyaya çağırıb

Rusiya prezidenti Vladimir Putin Braziliyada görüşəcəyi Almaniya kansleri Angela Merkellə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov bildirib. "Putin və Merkel arasında ayrı görüş planlaşdırılıb",- deyə Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Braziliyada keçirilən sammitə yollanir, həmin günlərdə keçirilən futbol üzrə dünya çempionatının finalını da izləyəcək. Bundan başqa, Rusiya lideri mundial keçirilmə hüququnun Braziliyadan Rusiyaya ötürülməsi mərasimində iştirak edəcək.

Merkel isə Rio-de-Janeyroda Almaniya-Argentina komandaları arasında final matçında iştirak edərək millilərini dəstəkləyəcək.

Braziliyaya dünya çempionatının finalına Ukrayna prezidenti Petro Poroşenko da gələcək. Üç ölkənin dövlət başçısının Ukrayna ilə bağlı görüşüb söhbətləşəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm